eli

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın Baş naziri Əli Əsədovu azərbaycanca salamlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntü yayılıb.

Pezeşkian Əsədovla görüşən zaman “xoş gəlmisən” deyib.

Qeyd edək ki, Ə.Əsədov İranın paytaxtı Tehranda keçirilən Üçüncü Xəzər İqtisadi Forumunda iştirak etmək üçün bu ölkəyə səfər edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Məhəmmədhüseyn Şəhriyarın şeirini azərbaycanca səsləndirdiyi üçün Pezeşkiana xəbərdarlıq edilmişdi.

 

Bu gönderiyi Instagram’da gör

 

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi

Paylaş: