Rusiya və ABŞ nümayəndə heyətlərinin görüş tarixi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
“Görüş çərşənbə axşamı Səudiyyə Ərəbistanında baş tutacaq. Amerika tərəfini dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun təmsil edəcəyi gözlənilir”, – qəzet bildirib.
Nəşr qeyd edib ki, Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov rəhbərlik edə bilər:
“Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin də iştirakı mümkündür”.
Əliyar Xəlil
Globalinfo.az