
Bu gün “Bakı Metropoliteni” QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.
Globalinfo.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun olaraq su şırnağı ilə təmizlənib, texniki baxışdan keçirildikdən sonra xəttə buraxılıb.
Hadisə ilə bağlı daxil olan məlumat əsasında dərhal texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddət sonra axıntının dayanması müşahidə olunub.
İlkin araşdırmaya əsasən, yuma prosesi zamanı vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb və drenaj sistemi ilə tam xaric olunmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposunda davam etdirilməsi qərara alınıb.
Qatarın hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarıldığı, əvəzinə xəttə başqa bir qatarın buraxıldığı bildirilib.
***16:23
Bakı metrosunda qatarlardan birinin kamerasında su sızması baş verib.
Globalinfo.az baku.vs-ə istinadən xəbər verir ki, bu gün saat 14:30 radələrində, metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarlardan birində müşahidə kamerasından vaqona su tökülməyə başlayıb.
Hansı səbəbdən baş verdiyi bilinməyən hal, sərnişinləri narahat edib.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, məsələ dərhal nəzarətə götürülüb:
“Operativ tədbirlər üçün müvafiq tapşırıq verilib. Bununla bağlı əlavə məlumat təqdim olunacaq”.
Həmin görüntüləri təqdim edirik:














