Diqqət! Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yağışa görə bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyunun 6-da yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.