fidan

“ABŞ Prezidenti Donald Trampın Suriyada YPG qüvvələri ilə əməkdaşlığı sonlandırmasına ümid edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir rəsmi Vaşinqtonun Suriyadakı kürd militanlarını dəstəkləməsinin yanlış olduğunu bildirib:

“YPG-nin İŞİD-lə mübarizəyə hər hansı qatqısı yoxdur, o, özü də terror təşkilatıdır. Türkiyə bu təşkilatı PKK-nın bir qolu olaraq qəbul edir. ABŞ isə PKK-nı terror təşkilatı kimi qəbul etməsinə baxmayaraq, onun uzantısını elə görmür. Ümid edirik ki, bu səhvi düzəldərlər”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: