tiqran abramyan

Hakimiyyət II Qarabağ müharibəsindən sonra Qarabağ üçün gördüyü işi bitmiş hesab edir.

Globalinfo.az xəbər verir ki, bunu Şərəf Duyuram Blokundan deputat Tiqran Abramyan deyib.

“Onlar siyasi və təhlükəsizlik məsələlərini hansısa beynəlxalq aktora sırımağa çalışırlar. İrəvan öz rolunu ancaq humanitar məsələlərdə görür. Hakimiyyətin belə davranışı yaxın gələcəkdə həddən artıq neqativ nəticələrə gətirib çıxaracaq. Ermənista hökuməti təkcə Qarabağı yox, ilk növbədə Ermənistanı ticarət masasına qoyub. Elə situasiya yaranıb ki, güzəştlərə yalnız Ermənistan getməyə məcbur ediləcək”, – o bildirib.

Paylaş: