dunya

“Biz milyarderlər dövrünə qədəm qoymuşuq”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Oxfam-ın son illik hesabatında öz əlsini tapıb.

Məlumata görə, dünyanın ən zəngin insanlarının ümumi sərvəti cəmi 12 ayda 13 trilyondan 15 trilyon dollara yüksəlib. Bu, milyarderlərin sərvətindəki ikinci ən böyük artımdır.

Təkcə keçən il 204 yeni milyarderin adı siyahıya əlavə edilib ki, bununla da milyarderlərin ümumi sayıb 2769-a yüksəlib.

“Milyarderlərin sərvət toplama sürəti təkcə üç dəfə artmayıb, onların həm də gücləri çoxalıb. Biz indi yeni milyarderlər dövrünə qədəm qoymuşuq”, – deyə “Oxfam İnternational”ın baş icraçı direktoru Amitabh Behar deyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: