Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa İttifaqının (Aİ) Ermənistanla şərti sərhəddə avantürst addımları davam edir.
Globalinfo.az-ın xəbərinə görə, “Report”un əldə etdiyi görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Avropa İttifaqının missiyası yenə binoklunu Azərbaycana tuşlayıb
Ətraflı: https://t.co/Waty8urWO6#Report #ReportAz #ReportNewsAz #Azerbaycan #Avropaİttifaqı #Missiya #Aİ pic.twitter.com/ZDoLZM5WVM
— Report.az (@reportnewsaz) January 31, 2025