“Ordudakı çatışmazlıqlar cəmiyyətdən qaynaqlanır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, zabit korpusu və bütövlükdə Silahlı Qüvvələr dövlətin sütunu və bünövrəsidir.
“Biz ordunun nöqsanlarını görməliyik. Amma eyni zamanda bu nöqsanlarda bizim də cəmiyyət olaraq payımız var. Bunu da dərk etmək lazımdır. Çünki ordu uşaq bağçasında, məktəbdə, həyətdə, əmək kollektivində formalaşır. Odur ki, Silahlı Qüvvələrin bütün problemləri ordudan kənarda doğulub. Hökumət bunu başa düşür”, – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az