Avropa İttifaqı Qəzza ilə Misirin sərhədindəki Rəfah keçid məntəqəsinə humanitar missiya göndərəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, bu barədə Fələstin və İsrail tərəfindən dəvət alıblar. Eyni zamanda Misir də missiyanın göndərilməsi ilə bağlı razılıq verib. Artıq missiya nümayəndələri hazırlıq işlərinə başlayıb.
Əliyar Xəlil