1727259518 mirzoyan 1

“Türkiyə ilə danışıqlarda hələlik nəzərəçarpacaq irəliləyiş və nəticə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, Türkiyə ilə aktiv dialoq var, lakin hələ də nəzərəçarpacaq dəyişiklik yoxdur.

“30 ildir sərhədləri bağlı olan Türkiyə ilə danışıqlar yüksək səviyyədə aparılır. Hər iki tərəf başa düşür ki, sərhədin açılması təkcə iki ölkə üçün yox, bütün regiona faydalı ola bilər. İntensiv dialoq gedir, lakin təəssüf ki, hələlik nəzərəçarpacaq ciddi nəticələr yoxdur”, – Mirzoyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: