Türkiyədə saxta içki: Özbəkistan vətəndaşları öldü

Türkiyədə saxta içki: Özbəkistan vətəndaşları öldü

Türkiyədə saxta alkoqol zəhərlənməsindən ölən Özbəkistan vətəndaşlarının sayı 17 nəfərə çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş konsulluğu məlumat yayıb.

Türkmənistanın iki vətəndaşı artıq fakt üzrə saxlanılıb.

Onlardan 50 litr spirt və saxta sənədlər götürülüb.