Bakıda çəkiləcək 10 metrostansiya haqda mühüm xəbər – FOTO

Bakıda çəkiləcək 10 metrostansiya haqda mühüm xəbər - FOTO

Türkiyənin İstanbul şəhərindəki məşhur Marmaray sualtı tunelinin mühəndisi Orhan Yenigünə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində vəzifə verilib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Orhan Yenigün “Bakı Metropoliteni” QSC-də sədrin müşaviri təyin olunub.

O, Bakıda yeni çəkiləcək 10 metrostansiyanın layihəsinin hazırlanmasında yaxından iştirak edir.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, təcrübəli mütəxəssis bir müddətdir “Bakı Metropoliteni” QSC-də sədrin müşaviri kimi fəaliyyətə başlayıb və hazırda bu vəzifədə çalışır.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Orhan Yenigün 1967-ci ildə Türkiyədə anadan olub.

Metro və yüngül relsli nəqliyyat sistemləri onun karyerasında xüsusi yer tutur. İstanbul metrosunun inşaatında bir sıra layihələrin əlaqələndiricisi və rəhbəri olub. 1994-1999-cu illərdə Taksim-4-Levent xəttinin inşaatında nəzarət işləri mühəndisi olub, 1999-2009-cu illərdə Yenikapı-Taksim xəttinin tikintisinə, 2009-2012-ci illərdə Kadıköy-Kartal, 2012-2018-ci illərdə Üsküdar-Ümraniye-Çekmeköy kimi mühüm layihələrə rəhbərlik edib.

Orhan Yenigün İstanbul metrosunun Gebze-Haydarpaşa, Sirkeci-Halkalı Banliyö xətlərinin modernləşdirilməsində, eləcə də məşhur Marmaray layihəsində sualtı tunelin inşasında mühəndis və müşavir kimi fəaliyyət göstərib.

Xatırladaq ki, 20.12.2024-cü ildə “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub və yerinə Vüsal Aslanov təyin edilib.

Bakıda çəkiləcək 10 metrostansiya haqda mühüm xəbər - FOTO