Zelenski Los-Ancelesdəki yanğınların söndürülməsi üçün ABŞ-a kömək təklif edib.
Globalinfo.az xəbər verir ki, Zelenski bununla bağlı daxili işlə nazirinə və ölkə diplomatlarına göstəriş verdiyini bildirib.
“Bu gün mən Ukraynanın daxili işlər nazirinə və diplomatlarımıza Kaliforniyada meşə yanğınları ilə mübarizədə xilasedicilərimizin mümkün iştirakına hazırlaşmağı tapşırdım. Orada vəziyyət son dərəcə ağırdır və ukraynalılar amerikalıların həyatını xilas etməyə kömək göstərə bilərlər. Hazırda bununla bağlı razılıq əldə edilir və biz müvafiq kanallar vasitəsilə Amerika tərəfinə öz köməyimizi təklif etmişik. Artıq 150 yanğınsöndürənimiz təlim keçib”, – deyə Zelenski vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az