teyyare 00

Polşa Moskvaya gedən Slovakiya parlamentinin nümayəndə heyətini daşıyan təyyarənin ölkəsi üzərindən keçməsinə icazə verməyib.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətinin nümayəndəsi Piter Qaspar məlumat verib.

Slovakiya Milli Şurasının (birpalatalı parlament) vitse-spikeri Andrey Dankonu və nümayəndə heyətini daşıyan xüsusi reys Çexiya və Almaniyadan keçərək Rusiyaya gedib.