Azərbaycanda TikTok bağlanır? – AÇIQLAMA

Azərbaycanda TikTok bağlanır? – AÇIQLAMA

TikTok-la bağlı müzakirələr bütün dünyada gedir. Bu sosial media platdormasının müxtəlif ölkələrdə qapadılması, ona məhdudiyyət tətbiq edilməsi zaman-zaman baş verir.

Artıq ABŞ-da da TikTok-un qapadılması haqda söz-söhbət intensivləşib. Amerikanın səsi-nin yazdığına görə, TikTok Amerika mədəniyyətinin bir hissəsinə çevrilsə də, onun təsisçisinin Çindən olması hökumət rəsmilərini və qanunvericiləri narahat edib.

Son zamanlar Azərbaycanda da bu platformaya olan münasibət ictimaiyyətə bəllidir. Hətta bəzi tiktokerlərə qarşı zaman-zaman aidiyyəti qurum tərəfindən əməliyyatlar keçirilir. Son 1 ayda bir neçə tanınmış tiktoker həbs edilib. Bu gedişatın sonra sözügedən platformanın ölkəmizdə qapadılmasına gətirib çıxaracağı deyilir.

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rzanın fikrincə, ölkədə TikTokun bağlanılması mümkündür.

Azərbaycanda TikTok bağlanır? – AÇIQLAMA

Rəşad Rza

Onun sözlərinə görə, bir müddət öncə Azərbaycanda da TikTok-la bağlı müəyyən məhdudiyyətlər qoyulub:

“Düzdür, əvvəl bizdə də TikTok-la bağlı bəzi məhdudiyyətlər var idi, amma sonra aradan qaldırıldı. Yaxın zamanda belə bir məhdudiyyətin olacağını düşünmürəm. Lakin hər şey ola bilər. Bəzi ölkələrdə onsuz da bu sosial media platformasına qadağa tətbiq edilib. Azərbaycanda da belə bir şeyin olması mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az