ZquuFFMdj4ryXCXdbqNhXGOit0HJ0xPahfvGClP4 1200 ezgif.com webp to jpg converter 768x403 1

Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Danaçı kənd sakini Müslümət Siracova qəzadan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıbmış. O bu gün ayılıb və kimliyini deyə bilib.

Hazırda onun oğlu da yanındadır.

Qeyd edək ki, M.Siracova təyyarə qəzasından sağ çıxan digər zaqatalalı sərnişin Nurulla Siracovun həyat yoldaşıdır.

Nurulla Siracov ötən gün Aktaudan Bakıya gətirilib.

Müalicə aldığı “Yeni Klinika”da jurnalistlərə müsahibə verən Nurulla Siracov həyat yoldaşının taleyindən nigaran qaldığını dilə gətirmişdi.

1254371 1735306370

Paylaş: