dunya

Dünyada koronavirus (COVİD-19) pandemiyasının peyda olmasının 5 ili tamam olur. İlk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan virus sürətlə bütün dünyanı öz cənginə aldı. 

Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il yanvarın 30-da xəstəliyi səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət, həmin ilin martın 11-də isə pandemiya elan edib.

Cari ilin avqustun 4-nə olan məlumata görə, ümumilikdə 5 il əzində dünyada 775 milyondan çox koronavirusa yoluxma qeydə alınıb.

Dünyanın ən ölümcül pandemiyalarından hesab olunan COVİD-19 15 milyon insanın həyatına son qoyub. ÜST ötən ilin mayında xəstəliyin artıq səhiyyə sahəsində fövqəladə təhlükə olmadığını elan etsə də, pandemiya hələ tam olaraq başa çatmayıb.

Geridə qoyduğumuz beş il ərzində insanlar gündəlik iş, təhsil və məişət fəaliyyətlərinə müəyyən məhdudiyyətlər çərçivəsində davam etməli olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən dünyanın dörd bir yanından pandemiya dövrünü təsvir edən fotoları təqdim edir:

k3
k7
k6
k8
k9
k12
k14
k15
k16
k18
k19
k20
k22
k23
k24
k25
k26
k27
k29
k32
k33
k34
k35
k31
k30
k10

Paylaş: