Tatarıstan Dövlət Şurasının dövlət quruculuğu komitəsi prezident vəzifəsinin yenidən adlandırılması ilə bağlı qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, yeni qərara əsasən, prezident bundan sonra “rəis” adlandırılacaq. Bununla belə, yeni qərarın hazırkı prezident Rüstəm Minnixanova heç bir aidiyyəti olmayacaq. Belə ki, Minnixanov prezidentlik dönəmi bitənə qədər prezident statusunu daşıyacaq. Ondan sonra seçilənlər isə “rəis” adlandırılacaqlar.
Qeyd edək ki, Rusiya bir neçə il öncə ölkədəki bütün subyektlərin rəhbərlərinin prezident statusunun ləğvi haqqında qərar qəbul edib. Kreml bunu ölkədə yalnız bir prezident olması ilə əlaqələndirib. Moskva 2020-ci illərin sonunda bütün subyektlərdə bu qanunu tətbiq edə bilsə də, yalnız Tatarıstanda buna müvəffəq ola bilməyib.
Gülnar Səlimova
Globalinfo.az














