tbilisi tiflis

Prezident Salome Zurabişvili xarici qüvvələrin agentidir və onların əmri ilə hərəkət edir.

Globalinfo.az xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.

“Bu adam təsir altındadır. Sahiblərinin dediklərini edir. Sən agent olanda deyiləndən başqasını etmirsən. Sənin hətta sual vermək haqqın da yoxdur” – deyə o bildirib.

Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze isə hakim partiyanın müxalifətdən partlamentə girməsini istəməyəcəyini bildirib:

“Parlamentin doldurulması indi bizi maraqlandırmır. Qoy necə bilirlərsə, elə də etsinlər”.

O həmçinin ölkəsinin xarici agentlər haqqında qanunu və LGBT təbliğatının qadağasını ləğv etməyəcəyini deyib.

Əliyar Xəlil
Globalinfoz.az

Paylaş: