WhatsApp Image 2024 11 06 at 14.07.08

“Trampın qələbəsi bütün dünyada dəyişikliklərə səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu məşhur amerikalı filosof Frensis Fukuyama deyib.

Onun sözlərinə görə, Trampın qayıdışı bütün Avropa üçün pis presedent olacaq. Filosof bütün Avropada sağ populizmin güclənəcəyini bildirib.

Fukuyama həmçinin Tramp dövründə dünyanın yeni geosiyasi risklər dönəminə girəcəyini bildirib. O, Cənub-şərqi Asiyada Vaşinqtonun öz müttəfiqlərini Çinə qarşı müdafiə edəcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: