Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Çinə səfər edib.
Globalinfo.az xəbər verir ki, Medvedyev Pekində Çin lideri Si Szinpin tərəfindən qəbul edilib.
Tərəflər arasında bir sıra məsələlər, o cümlədən Ukraynadakı vəziyyət müzakirə olunub. Səfərin Çin Kommunist Partiyasının dəvəti əsasında baş tutduğu bildirilib.
Qeyd edək ki, Medvedyev Rusiyanın Ukraynadakı əməliyyatlarının ən sərt müdafiəçisidir. O həmçinin Moskvanın Çinlə yaxınlaşmasının da tərəfdarı kimi tanınır.
Gülnar Səlimova
Globalinfo.az