azal ela

“Azərbaycanın milli aviadaşıyıcısı AZAL öz resurslarından maksimum istifadə edərək qısa müddətdə əlverişsiz hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınmış reyslərin sərnişinlərinin daşınmasını həyata keçirir”.

Bu barədə Globalinfo.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

“Belə ki, çərşənbə axşamı, dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib. Dekabrın 17 və 18 tarixlərində vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşındılar.
⠀
Bu gün ərzində aviaşirkət həmçinin bu istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18 və 19-na planlaşdırılan reyslərin sərnişinlərinin daşınmasını həyata keçirəcək.
⠀
Aviaşirkətin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün reysləri çərşənbə günü, dekabrın 21-də cədvələ uyğun yerinə yetiriləcək. Bakıdan Naxçıvana əlavə üç reysin uçuşu saat 11:00, 15:00 və 20:10, Naxçıvandan Bakıya isə saat 13:20, 17:20 və 22:30-a planlaşdırılıb.
⠀
Belə ki, aviaşirkət hava şəraiti səbəbindən təxirə salınan bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınmasını bu gün başa çatdıracaq.
⠀
AZAL bütün sərnişinlərdən qeydiyyat masalarına öncədən yaxınlaşmağınızı xahiş edir”, – məlumatda bildirilib.

WhatsApp Image 2022 12 21 at 11.44.38

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: