ankara 1

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana raket hücumu ilə bağlı bəyanat yayıb. 

Globalinfo.az xəbər verir ki, XİN-in bəyanatında İsrailin regionu genişmiqyaslı müharibənin astanasına gətirdiyi qeyd edilir.

“Türkiyə regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir”, – bəyanatda bildirilir.

Rəsmi Ankara region dövlətlərini və xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.

Paylaş: