1722148918 bmt

“BMT çox təsirsiz platformaya çevrilib”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

O bildirib ki, BMT öz vəzifəsinin öhdəsindən gələ bilmir və İsrailin Qəzzada apardığı müharibəyə qarşı təsirsiz platformaya çevrilib.

“24 oktyabr 1945-ci ildə gələcək nəsilləri müharibələrdən qorumaq, qanunun aliliyini və ədaləti təşviq etmək üçün yaradılan Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzzada törətdiyi vəhşiliklərin qarşısını ala bilmir. Ona görə də, acınacaqlı dərəcədə təsirsiz platformaya çevrilib. ABŞ-ın İsrail rejiminə qeyd-şərtsiz dəstəyi Təl-Əvivi o qədər cəsarətləndirdi ki, bütün regionda təcavüzünü   genişləndirdi, BMT Nizamnaməsini parça-parça etdi və Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza ilə bağlı qərarına məhəl qoymadı”, – deyə Bəqayi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: