98bed023 2742 488d 8e08 b01b6fc3c009

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qarabağ müharibəsində qələbə ilə azad edilmiş ərazi üzərində ucalan Zəngilan Hava Limanının açılışının ikinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Globalinfo.az xəbər verir ki, nazir bununla bağı “X”dəki hesabına yazıb.

O, qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açılışını etdyi Zəngilan Hava Limanı Azərbaycanın inkişafı yolunda yeni səhifə açıb.

Nazir əminliyini bildirib ki, bu qardaşlıq ilə gələcək inkişaf daha parlaq olacaq.

Paylaş: