Putin pasinyan 1314

Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib ki, Ermənistan-İran və Ermənistan-Türkiyə sərhəd xətləri boyunca Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX), eləcə də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri xidmət aparacaq. O bildirib ki, Moskvada Vladimir Putin və Nikol Paşinyan arasında bununla bağlı razılıq əldə olunub. Bu barədə qərar 2025-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Rusiya niyə bu addımı atdı?

Globalinfo.az-a danışan politoloq Natiq Miri bunun normal proses olduğunu düşünür:

“Bir ölkə öz sərhədlərini qorumağı bacarmalıdır. Özünü qoruya, sərhədlərini mühafizə edə bilmir və bunu onun əvəzinə başqa dövlətlər edirsə, deməli, həmin ölkə suveren hüquqlarının əksəriyyətini sözügedən güc mərkəzlərinə təhvil verir. Ermənistan tədricən Rusiyanın orbitindən uzaqlaşmaq, nisbətən daha müstəqil ola bilmək üçün sərhədlərini qorumağı bacarmalıdır”.

Natiq Miri 143543

Natiq Miri

Politoloqun sözlərinə görə, uzun müddətlik Rusiya-Ermənistan razılaşmasına görə, həmin proses tezliklə baş tutmayacaq:

“Ermənistanın sözügedən ərazidə nəzarət istəyi normaldır. Çünki bu sərhədlər Ermənistana məxsusdur. Rusiya da bundan imtina edə bilməz. Hələlik bütün sərhədlərin Ermənistan sərhəd qoşunlarına verilməsindən söhbət getmir. Paralel mühafizə məsələsi gündəmdədir və Moskva bunu qəbul etməli olub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: