Makron 565 900x557 1

Fransa prezidenti Emmanuel Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, Fransa prezidenti bu addımın Qəzzada münaqişənin həlli üçün atılmalı olduğunu deyib.

“Qəzza zolağında hərbi əməliyyatların aparılması səhvdir, Livan yeni Qəzzaya çevrilməməlidir, hərbi əməliyyatlara son qoyulmalıdır. Hesab edirəm ki, indi prioritet siyasi həllə qayıtmaqdır, Qəzzada döyüşmək üçün istifadə olunan silahların tədarükünü dayandırmaq lazımdır”, – E.Makron deyib.

Paylaş: