metr

Dünən “Ulduz” metrostansiyasında özünü qatarın altına atan oğlanın  son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Globalinfo.az-a bildirilib ki, mərkəzə hospitalizasiya edilən şəxsin hər iki ayağı amputasiya olunub.

Hazırda onun vəziyyəti ağır stabildir.

***10:58

Dünən “Ulduz” metrostansiyasında kişinin qatarın altına düşməsi ilə bağlı təfərrüatlar məlum olub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu hadisənin də intihar məqsədilə törədildiyi üzə çıxıb. Belə ki, adı açıqlanmayan 25-30 yaşlarında kişi ölmək üçün özünü qatarın altına atıb.

Onun hansı səbəblə bu addımı atması isə bəlli deyil. Xəsarətlər alan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşadırma aparılır.

Qeyd edək ki, ötən gün – oktyabrın 3-də metronun “28 May” stansiyasında 55 yaşlı Rövşən Abışov özünü qatarın altına ataraq, həyatına son qoyub.

Paylaş: