İran ABŞ-ı İsrailə hücumla bağlı xəbərdar edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, bu, diplomatik kanallar vasitəsilə həyata keçirilib.
Agentlik iddia edir ki, İran zərbə ilə bağlı məlumatları diplomatik kanallar vasitəsilə ABŞ-a çatdırıb.
Bu arada ABŞ prezidenti Donald Tramp İranın İsrailə raket hücumunun qarşısını almağın mümkün ola biləcəyi ilə bağlı fikir səsləndirib.
“Bu müharibənin qarşısı tamamilə almaq mümkün ola bilərdi. Ümumiyyətlə, döyüş baş verməməli idi”, – deyə Bayden vurğulayıb.
Qeyd olunur ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az