ABŞ Konqresinin Helsinki Komissiyası xüsusi hesabat hazırlayıb.
Globalinfo.az xəbər verir ki, hesabatda Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı vəziyyətə də yer verilib. Hesabatda bildirilib, Ukrayna müharibəsi Mərkəzi Asiyanı və digərlərini əlaqələrini diversifikasiya etmək imkanı yaradıb. Komissiya bunun Rusiyanın təsirini zəiflətdiyini və ABŞ-a geniş imkanlar yaratdığını qeyd edib. Bu baxımdan hesabatda Qafqazın tarixinin həlledici anını yaşadığını və Rusiyanın təsirindən xilas olmaq imkanının yarandığı vurğulanıb:
“Amerika Birləşmiş Ştatları Cənubi Qafqaza yanaşmasını yenidən dəyərləndirməlidir. Onillərdir ABŞ siyasəti nisbətən sadə anlayışa əsaslanıb: Ermənistan Rusiyanın dönməz müttəfiqi, Gürcüstan qətiyyətli qərbpərəst tərəfdaş, Azərbaycan isə əlaqələrini Qərblə Rusiya arasında balanslaşdıran çoxvektorlu dövlət sayılıb. Ancaq son hadisələr bu fikirləri alt-üst edib, daha mürəkkəb və dəyişkən geosiyasi mənzərəni üzə çıxarıb”.