erdogan pashinyan

“Ərdoğan Paşinyana “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edəndə görüşün əvvəlində üz ifadələrində olan gərginlik aradan qalxıb. Hətta Ermənistanda hədiyyə olaraq kitab alan Paşinyanın ilhamlanmış siması tənqid mövzusuna çevrilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Paşinyan-Ərdoğan görüşünü şərh edən Ermənistanın “Akos” qəzeti yazıb.

Qəzet Ərdoğan-Paşinyan görüşünün Türk Evində keçirilməsini diplomatik uğur hesab edib.

“Görüşdən sonra heç bir təfərrüat açıqlanmayıb. Yalnız bildirilib ki, tərəflər danışıqları ilkin şərt olmadan davam etdirəcəklər. Bununla belə, Türkiyə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının asanlaşacağını bildirir. Bu, ilkin şərtdir”, – deyə nəşr yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: