1646392798 0001

“Ermənistan Türkiyə ilə dövlət münasibətləri qurmaq üçün bir yol tapmalıdır. Bunsuz Ermənistanın gələcəyi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyədə nəşr olunan “Jamanak” qəzetinin baş redaktoru Ara Qoçunyan deyib.

O bildirib ki, Türkiyə bu prosesi mümkün qədər gecikdirmək istəyir və Ermənistanla münasibətlərin qurulması məsələsində ehtiyatlı davranır.

“Bu gün yeni dünya düzəni formalaşır və Cənubi Qafqaz yenidən hadisələrin episentrindədir. Cənubi Qafqaz beynəlxalq oyunçular üçün çox ciddi yol ayrıcıdır. Ona görə də indi burada hərbi güc tətbiq etmək üçün ən yaxşı vaxt deyil. Üstəlik, Rusiya-Türkiyə, İran-Türkiyə arasında bir çox fikir ayrılıqları təkcə Cənubi Qafqazda deyil, digər ərazilərdə də mövcuddur”. – deyə Qoçunyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: