Untitled 1 30

“Gələcəkdə Azərbaycandan qaz almağımız üçün müzakirələrin aparılacağı istisna deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Babken Tunyan deyib.

O, bunun daha çox iki ölkə arasındakı münasibətlərin gələcəyinə bağlı nəzəri məsələ olduğunu bildirib:

“İndi Ermənistanın Azərbaycandan qaz alacağı təqdirdə ondan asılı vəziyyətə düşəcəyini deyirlər, lakin belə deyil. Enerji yalnız bir mənbədən təmin olunanda asılılıq yaranır. Biz əvvəl Rusiyadan qaz alırdıq, sonra İrandan da tədarük etməyə başladıq. Azərbaycandan qaz alsaq, mənbəmizi artırmış olacağıq. Alternativ mənbələrin olması asılılıq imkanını azaldır, enerji müstəqilliyinə şərait yaradır. Beləliklə Rusiyadan da asılılıq azala bilər”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: