kjbjkbjb684684

“Adolf Hitlerin qarşısı alındığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu da bəşəriyyətin ümumi səyləri ilə dayandırılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“BMT Təhlükəsizlik Şurasının qərarının yerinə yetirilmədiyi bir şəraitdə İsrailə qarşı məcburi tədbirlərin həyata keçirilməsi gündəmdə olmalıdır. İsrailin mövqeyi bir daha göstərdi ki, beynəlxalq ictimaiyyət üçün fələstinli mülki şəxslərin müdafiəsi mexanizminin hazırlanması son dərəcə vacibdir. Bəşəriyyət 70 il əvvəl Hitlerin qarşısını aldığı kimi, indi də eyni səylərlə Netanyahunu və onun dəstəsini dayandırmalıdır. Biz hesab edirik ki, hazırkı şəraitdə İsraili cilovlamaq üçün gücdən istifadə etmək lazımdır”, – deyə  Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: