66f1c959811e766f1c959811e8172712175366f1c959811e566f1c959811e6

Sumqayıtda yaşayış binasında yanğın olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsi, 12-ci məhəllədə yerləşən dörd mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb.

Yanğın Mirzə Nuruzadənin kirayədə qaldığı mənzilin mətbəxində baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.

Yanğın söndürülüb. Yanğın səbəbindən binada yaşayan sakinlər təxliyə edilib.

Paylaş: