“Azərbaycan bizə dedi ki, sülh müqaviləsi imzalandıqdan sonra onlardan qaz ala bilərik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində deyib.
Baş nazir Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bildirib:
“Azərbaycandan Naxçıvana və ya Türkiyəyə Ermənistan ərazisindən qaz kəmərinin keçəcəyini istisna etmək olmaz. Bu halda İrəvan da qaz almağa hazırdır. İndi Ermənistan qazı Rusiya və İrandan idxal edir. Ümumiyyətlə, dünyada mütləq enerji müstəqilliyi olan ölkə yoxdur. Ona görə biz sektorun şaxələndirilməsi barədə düşünməliyik”.
Ayşən Mustafa
Globalinfo.az














