İrəvana vaxt qoyuldu – 10 gün ərzində qərar ver!

İrəvana vaxt qoyuldu - 10 gün ərzində qərar ver!

Ermənistanda Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi istiqamətində aktiv addımların atılmasına başlanılıb.

Globalinfo.az xəbər verir ki, Brüssellə əməkdaşlığın dərinləşməsi üçün bir sıra təşkilatlar Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Məlumata görə, müraciət ölkənin Aİ-yə üzvlüyü üçün imza toplanılması ilə bağlıdır. MSK-nın 10 gün ərzində müsbət cavab verməli olduğu bildirilir.

Ermənistan mətbuatı yazır ki, əgər təşkilatlar 50 min imza toplaya bilsələr, o zaman Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi təşəbbüsü parlamentdə gündəmə gətiriləcək. Deputatlar təşəbbüsü dəstəkləməyəcəkləri halda, yenidən imzatoplama kampaniyası keçirilə bilər. Bu zaman təşkilatlar 300 min imza yığmalı olacaqlar. Beləliklə MSK parlamentə bildirmədən ölkənin referenduma getməsi barədə qərar vermək məcburiyyətində qalacaq.

Əliyar Xəlil
Globalinfo.az