WhatsApp Image 2024 09 04 at 15.23.20

Misir Prezidenti Əbdülfəttah əs-Sisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Ankaraya rəsmi səfər edib.

Globalinfo.az bildirir ki, iki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səyləri müzakirə olunacaq, bundan başqa Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarını “Əsənboğa” hava limanında qarşılayıb.

Qeyd edək ki, görüşdə bir sıra sahələr üzrə sazişlərin imzalanacağı gözlənilir.

es-sisi-ilk-defe-turkiyede

***02:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Misir Prezidenti Əbdülfəttah Sisi sentyabrın 4-də Ankaraya səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə Tükiyənin Rabitə Nazirliyi məlumat yayıb.

Sisinin səfəri çərçivəsində prezidentlər arasında daha öncə Qahirədə imzalanan Birgə Bəyannaməyə uyğun olaraq yenidən strukturlaşdırılmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Misir prezidentinin 12 sonra Türkiyəyə gəlməsi diqqət çəkib. İddialara görə, Sisi səfər müddətində Türkiyə İHA-larının Qahirəyə satışı təklifini öncə sürəcək.

Yunanıstan rəsmiləri də sözügedən səfərin nəticələrini gözlədiklərini açıqlayıblar. Hətta Yunanıstan KİV-də “Misir bizə xəyanət edir?” başlıqlı yazılar dərc olunub.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il fevralın 14-də Misirə səfər edib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: