medvedev 900x600 2

Rusiya Avropaya həyat dərsi verəcək, buna heç şübhə yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

O, Rusiya Günü münasibətilə öz Teleqram kanalında süni intellekt tərəfindən hazırlanmış video da paylaşıb.

Burada Medvedev şredder (kağız-doğrayıcı) vasitəsilə Avropa liderlərinin portretlərini məhv edir.

Kadrlarda xüsusilə Almaniya kansleri Fridrix Merz, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Böyük Britaniyanın baş naziri Kir Starmerin portretləri görünür.

Videoya şərhində Medvedev “Heç bir düşmən ölkəmizin inkişafına və çiçəklənməsinə mane ola bilməyəcək” yazıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: