xalca 0

Laçın Günündə “Ata vəsiyyəti – oğul Zəfəri” və “Bir millət, iki dövlət” adlı xalçaların hanadan kəsimi sərgilənib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Ata vəsiyyəti – oğul Zəfəri” xalçası Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevə “Qarabağ vəsiyyəti” əsasında toxunub.

“Bir millət, iki dövlət” xalçası isə Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı haqqındakı məşhur “Bir millət, iki dövlət” müdrik kəlamı əsasında hazırlanıb.

Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda isə Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid “Əjdahalı” xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib.

Qeyd edək ki, hər iki xalçanın müəllifi Elnarə Rəsulovadır.

456108471 430693729984904 2738848901938604947 n
454672602 1030536678798635 2383203132513507386 n
sss

Paylaş: