metin huseynzade

Avtoqəza zamanı ağır xəsarət almaqdan son anda xilas olan “Madteen” ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadənin meneceri sözügedən hadisədən danışıb.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə açıqlama verən Kənan Cəfərov bildirib ki, müğənninin səhhətində problem olmasa da hadisənin təsirindən çıxa bilmir:

“Hazırda vəziyyəti yaxşıdır, amma hadisənin təsirindən hələ çıxa bilməyib. Avtoyuma məntəqəsinin əməkdaşı isə ciddi xəsarətlər alıb. Başından və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır”.

***10:07

Məşhur müğənni Mətin Hüseynzadə (MadTeen) faciəli ölümdən son anda qurtulub.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

İdarəetmədən çıxan taksi yolun kənarında avtoyuma məntəqəsindəki  minik avtomobilinə çırpılıb. Həmin avtomobilin müğənniyə dəyməsi isə saniyə məsələsi olub.

Görüntüləri təqdim edirik:

Paylaş: