Polşa Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu ilə bağlı əsas şərtini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış Kiyevin Aİ-yə qəbul üçün Volin qırğını ilə bağlı məsələni mütləq həll etməli olduğunu deyib:
“Aydın demək lazımdır. Volin qırğını qurbanlarının qalıqlarının ekshumasiyası ilə bağlı məsələlər nizamlanmalıdır. Əgər bu həll edilməsə, Ukrayna Aİ-yə üzvü olmayacaq”.
Xatırladaq ki, Volin qırğını İkinci Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı törətdiyi soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliama məruz qalıblar.
Əliyar Xəlil
Globalinfo.az