f63a2f2ab0f7e3 63a2f2ab0f823.thumb 1

“Ermənistanda hakim komanda yeni düşmən obrazı yarada bilib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

“Bu gün Ermənistanda düşmən Türkiyə və Azərbaycan yox, keçmiş hakimiyyət nümayəndələri, Erməni Apostol Kilsəsi və Qarabağdır (separatçılar – red.). Düşmənlər sırasında Rusiya da var”, – o bildirib.

Elbakyan iddia edib ki, guya rəsmi İrəvanın rusofobluğu Qərb tərəfindən yox, Türkiyə tərəfindən diktə edilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: