mehkeme

“İdeal” saytının həbsdə olan rəhbəri Nazim Quliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı istintaq orqanının təqdimatına Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb.

Məhkəmə təqdimatı təmin edib, N.Quliyevin həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Nazim Quliyev iki nəfərə qarşı dələduzluqda ittiham olunur.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə azadlığa çıxıb.

Paylaş: