Ömər aşırımında qəzaya düşənlər Türkiyə vətəndaşları olub.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, onlar tikinti şirkətlərindən birində çalışırmış.
Türkiyə vətəndaşlarını aparan “Pikap” Ömər aşırımından aşıb.
Nəticədə onlardan 4-ü xəsarət alıb.
***16:44
Kəlbəcərdə ağır yol qəzası baş verib.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə az əvvəl Ömər aşırımında qeydə alınıb.
Minik avtomobilinin aşırımdan aşması nəticəsində yaralananların olduğu bildirilir.
Araşdırma aparılır.