Bu gün Türkiyədə Van-Bitlis yolunda yük avtomobili ilə avtobus toqquşub.
Globalinfo.az xəbər verir ki, toqquşma zamanı avtobus aşıb. Qəza nəticəsində azı iki nəfər ölüb, 30 nəfər isə yaralanıb.
Məlumata görə, qəzada həlak olan iki nəfərdən biri avtobus sürücüsü, digəri isə sərnişindir.
Yaralanan 30 nəfərdən 4-nüb vəziyyətinin ağır olduğu qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
