Eyfel qülləsi yaxınlığında üzərində “Ukraynada öldürülən fransız əsgərləri” yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut qoyulub.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, hadisə ilə bağlı tabutları mikroavtobusda Parisin mərkəzinə aparanlar “bolqar, ukraynalı və alman” əsilli şəxslər olublar.
Hər 3 şəxs polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, son aylarda Fransanın Ukraynaya ordu göndərəcəyi ilə bağlı xəbərlər yayılır. Fransa Prezidenti Emmanuel Makron bunun baş verə biləcəyini istisna etməyib.