1711012073 im 491620

“Həqiqətən, mən çox savadlıyam, hər zaman nə isə oxumağı düşünürəm, lakin istədiyim qədər mütaliə edə bilmirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri zamanı Xarbin Politexnik Universitetinin tələbələri ilə görüşündə deyib.

Rusiya prezidenti ədəbiyyatın şəxsiyyətin formalaşmasında əsas amillərdən olduğunu qeyd edib:

“Çarpayımın yanındakı tumbanın üzərində kitablar var. Bəzən onları açıb məmnuniyyətlə oxumağa başlayıram. Bizim nəsil rus klassiklərinin əsərləri ilə tərbiyələndirilib. Vaxt tapan kimi, xüsusilə yatmazdan əvvəl kitab oxumağa çalışıram. Gənclər məktəblərdə öyrədilən bəzi şeylərə hazır olmurlar. Dostoyevski, Tolstoy, Çexov kimi yazıçıların əsərlərini yenidən oxuyanda onlardakı dərinliyi anlamağa başlayırsınız”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: