“Biz öz ərazimizdən imtina etmirik, amma sərhədi bərpa etməliyik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz sərhədi bərpa etməliyik. Regionda xarici sponsorlar və kənar yardımlar olmadan yaşamağı öyrənməliyik. Bu, bizim ölkəmizin marağında olan bir məsələdir”.
Paşinyan Tavuşdakı etirazlara da toxunub.
“Sakinlərin maraqları hökumətin diqqət mərkəzindədir. Biz onların təhlükəsizliyini qorumaq üçün hər şeyi edəcəyik”, – Paşinyan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az